“Telekommunikasiya haqqında” qanuna 2 yeni maddə əlavə olundu

telekommunikasiya-haqqinda-qanuna-2-yeni-madde-elave-olundu
Oxunma sayı: 2116

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

"Qafqazinfo" xəbər verir ki, qanuna 2 yeni maddə əlavə olunub.

“1.0.20. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

“7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.”.