Teleqramın işində problem yarandı

teleqramin-isinde-problem-yarandi
Oxunma sayı: 928

Teleqram mesencerinin işində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” saytının məlumatında yer alıb.

Məlumata görə, Bakı vaxtı ilə 12:55-də 186 şikayət qeydə alınıb. Belə ki, istifadəçilərin 41%-i tətbiqetmə, 32% serverə qoşulmaq, 27% isə mesaj göndərilməsi ilə bağlı problemdən şikayət edib.

Sözügedən problemlə Rusiya, Ukrayna, Belarus, Almaniya və bir sıra digər ölkədən olan istifadəçilər üzləşib.