Teleqramın işində problem yarandı

teleqramin-isinde-problem-yarandi
Oxunma sayı: 890

Teleqramın işində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Downdetector məlumat yayıb.

Bildirilir ki, istifadəçilərin 54%-i serverə qoşulma problemlərindən, 24%-i proqramdakı problemlərdən, digər 21%-i isə mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayət ediblər.

Problemlə əsasən Rusiya, eləcə də Ukrayna, Belarus, Almaniya və bir sıra digər ölkələrin istifadəçiləri üzləşiblər.