Televiziya əməkdaşının avtomobili qarət olunub

televiziya-emekdasinin-avtomobili-qaret-olunub
Oxunma sayı: 711

Bu gün axşam saat 21:00 radələrində Gəncə şəhəri Əttarlar küçəsində avtomobil qarət olunub.

“Qafqazinfo” ARB-yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus “OPEL” markalı avtomobilin yan şüşəsini sındıraraq sahibinə məxsus cüzdanı oğurlayıblar.

Pul qabının içərisində nağd pulla yanaşı, plastik kartlar və digər lazımı sənədlər olub. 

Avtomobilin sahibi Fərid Mehdiyev “ARB Kəpəz”in əməkdaşıdır.