Təlimatlarla tanışsınız?

telimatlarla-tanissiniz
Oxunma sayı: 1136



Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, vətəndaş “Elektron hökumət” portalında dövlət qurumlarının təqdim etdiyi müvafiq elektron xidməti seçməklə, həmin xidmətlə bağlı reqlament, şəkilli və video təlimatla tanış ola bilər. “Elektron hökumət” portalında artıq bir neçə dövlət qurumunun təqdim etdiyi elektron xidmətlərlə bağlı reqlament, şəkilli və video təlimatlar yerləşdirilib. Portala giriş edən şəxs sözügedən üç yeni funksiyadan istifadə etməklə, ona lazım olan xidmətdən daha doğru yararlanmış olar, istifadəçi üçün qaranlıq heç bir məqam qalmaz. Dövlət qurumlarının təqdim etdiyi xidmətlərin artıq bir neçəsinin reqlament, şəkilli və video təlimatları yerləşdirilib. Amma elə dövlət qurumları da var ki, onların portalda təqdim etdiyi elektron xidmətlərə dair heç bir təlimat yoxdur. Bu da “Elektron hökumət” portalından istifadə edən insanlar üçün müəyyən xidmətlərin izahında çətinlik yaradır. Çox yaxşı olar ki, həmin dövlət qurumları istifadəçilərin rahatlığı üçün “Elektron hökumət” portalında öz təlimatlarını yerləşdirsinlər.