Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzində təşkil olunmuş təlimi bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gənclər təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar qazanırlar.
Təlimin elə son günlərində gənclərdən artıq bir qisminin burada yiyələndikləri bacarıqlar hesabına iş yeri əldə etmələri belə təlimlərin əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən də Dövlət Məşğulluq Xidməti tərəfindən belə təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də təşkili nəzərdə tutulur.
.jpg)
.jpg)

Son xəbərlər
Son Xəbərlər