Telman İsmayılovun 2 evinə həbs qoyuldu

telman-ismayilovun-2-evine-hebs-qoyuldu
Oxunma sayı: 734

Moskva arbitraj məhkəməsi iş adamı Telman İsmayılovun iki evinə həbs qoyub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ümumi sahəsi 292 kvadrat metr olan altı və beş otaqlı evlər Kutuzov prospektində yerləşir. 

Həmin daşınmaz əmlaklar Fransada doğulan iş adamının 2005-ci il təvəllülü nəvəsinin adına qeydiyyatda olub. 

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.  Moskva məhkəməsi onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.