Təltif edilənlər arasında “Qəbələ”nin prezidenti də var - Fotolar

teltif-edilenler-arasinda-qebelenin-prezidenti-de-var
Oxunma sayı: 3687

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, təltif olunanlar arasında “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov da var.

O, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Fariz Nəcəfov döyüşlərə könüllü olaraq qatılıb.