“Ukrayna tərəfi hələ də Rusiya ilə sülh danışıqlarında maraqlıdır, Qərbin təzyiqi altında Kiyevin mövqelərinin sərtləşdirilməsi məsəsləsi yoxdur”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
O, Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfərindən sonra “Ukrayinska Pravda” nəşrinin Rusiya Federasiyası ilə danışıqlara yanaşmanın dəyişdirilməsi ilə bağlı iddiasını təkzib edib.
“Bu nəşrə və bu nəşrin əvvəlki sayına gəlincə, deyə bilərəm ki, jurnalistlər hədlərini aşıblar. Ya bu, sadəcə, bir səhvdir, ya da onların danışıqlar prosesindən uzaq olan yanlış mənbələri var. Və ya bu, düşünülmüş manipulyasiyadır”, - deyə Nikiforov bildirib.
Eyni zamanda, o, Ukrayna və Rusiya arasında danışıqların hazırda dayandırıldığını təsdiqləyib.
"İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən an danışıqların növbəti mərhələsini təşkil edə bilərlər. Başqa bir məsələ də odur ki, onlar danışıqlar aparmaq səlahiyyətinə malik olduqları bütün məsələlər üzrə razılığa gəliblər. İndi ən mürəkkəb və fundamental qərarlar verilir. Ən əsası, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün təminatları üzərində qalmaqdır. Onları yalnız prezidentlər razılaşdıra bilər", - Nikiforov deyib.
"Ukrayna Prezidenti hər dəfə təkrar edir ki, Rusiya Prezidenti ilə görüşməyə və danışıqlara hazırdır", - sözçü əlavə edib.
Son xəbərlər
Son Xəbərlər