“Təmasların qurulması səylərinə dəstək verə bilərik”

temaslarin-qurulmasi-seylerine-destek-vere-bilerik
Oxunma sayı: 1192

“Avropa İttifaqı, daha dəqiq desək, bu məsələləri ATƏT, xüsusən ATƏT yanında fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə işləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ATƏT-in yazdığı hesabatlar həmin ölkədə keçirilmiş seçkilərin bərabərlik, açıqlıq baxımından təfərrüatlarını qeyd edir:

“Bu münasibətlə biz seçki prosesi başa çatdıqdan sonra Ermənistanın hakimiyyət orqanlarını təbrik etdik.

İcazə verin, əvvəlki sualla bağlı bir məsələni də əlavə edim. Bu, çox mühüm məsələdir və əvvəlki suala aiddir. Hesab edirik ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir.

Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur.

Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də, aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik.

Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm”.