Təmir etdiyi maşının altında qaldı, öldü

temir-etdiyi-masinin-altinda-qaldi-oldu
Oxunma sayı: 2011

Xızı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobilin N.Novruzovun üstünə düşməsi nəticəsində o, ölüb.

Faktla bağlı araşdırma aparılır.