“Qafqazinfo” Meydan TV-ə istinadən xəbər verir ki, bu qədər vəsait xərclənəndən sonra 3 min şagirdlik məktəb sökülür. Özü də çox maraqlı bir səbəb gətirilərək. Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov deyir ki, məktəb ordakı şagird sayının artması səbəbindən sökülür.
Hüseyn Əsgərovun sözlərinə görə, məktəbdə cəmi 100 sinif otağı olub.Təhsil alan şagirdlərin sayı isə 3 mindən yuxarıdı. Yəni hər sinifə ortalama 30-32 şagird düşür.Halbuki təlimatda 20 şagirdin olması nəzərdə tutulub. Deməli, hər sinifdə 12 şagird artıqdır. Həmçinin məktəbdə 300-ə yaxın müəllim var və onlar üçün cəmi 2 otaq ayrılıb.
Son xəbərlər
Son Xəbərlər