Bakıda yanğın qeydə alınıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 50 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqda olan qarajlar yanğından mühafizə olunub.
Yanğın saat 19:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər