Təmir sexi içindəki maşınla birgə yandı

temir-sexi-icindeki-masinla-birge-yandi
Oxunma sayı: 1386

Balakəndə maşın təmir sexi içindəki maşınla birgə yanıb.

"Qafqazinfo"nun məlumatına görə, bu gün axşam saat 20 radələrində Balakən rayonu Katex kəndində kənd sakini Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kv/m olan və hazırda fəaliyyət göstərən maşın təmiri sexində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilmiş, Ramin Davodova məxsus minik avtomobili yanıb. Yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov