Təmir sexində təkər partladı, usta öldü

temir-sexinde-teker-partladi-usta-oldu
Oxunma sayı: 4165

Gəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli