Təmir sexində yanğın, xəsarət alan var

temir-sexinde-yangin-xesaret-alan-var
Oxunma sayı: 1160

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan avtomobil təmiri sexinin içərisində bir ədəd divan yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.