Təmir sexindən 1600 manatlıq oğurluq edən tutuldu

temir-sexinden-1600-manatliq-ogurluq-eden-tutuldu
Oxunma sayı: 968

Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini E.Hüseynov saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki,  Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1600 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tutulub.