İçəri şəhərdəki Asəf Zeynallı küçəsi 55 ünvanında yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılıb.
“Qafqazinfo”xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, əfsuslar olsun ki, 2013-cü ildən bəri bu abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barədə idarə tərəfindən müraciətlərə baxmayaraq, abidədən qanunsuz istifadə və onla mənfi təsirin göstərilməsi davam etdirilib. Bununla da bərpa işlərinin başlanılması gecikdirilib.
Abidənin faktiki istifadəçiləri tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Aabidənin üzərində təxirəsalınmaz xilasedici bərpa-restavrasiya işlərinin başlanması üçün idarə tərəfindən abidə boşaldılıb və bir neçə gündən sonra burada işlərə başlanacaq.
Son xəbərlər
Son Xəbərlər