Təmirə dayanan sərnişin avtobusu yandı

temire-dayanan-sernisin-avtobusu-yandi
Oxunma sayı: 1173

Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan yaxınlıqda dayanan “MAZ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb.

Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.