“Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib

temiz-seher-asc-qanverme-aksiyasi-kecirib
Oxunma sayı: 755

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 60-dan çox əməkdaşı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım üçün qan veriblər.

“Qafqazinfo” xəbər verir ki, “Talassemiyasız həyat naminə” layihəsinə qoşulmaqla “Təmiz Şəhər” ASC tərəfindən hər il qanvermə aksiyası təşkil olunur.