“Təmiz Şəhər” beynəlxalq sərgidə iştirak edib

temiz-seher-beynelxalq-sergide-istirak-edib
Oxunma sayı: 1832

“Təmiz Şəhər” ASC-nin ekoloji mühitin qorunması sahəsində gördüyü işlər 13-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 10-cu Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunub.

“Qafqazinfo” xəbər veri ki, iştirakçılar tullantıların çeşidlərə ayrılmaqla təkrar emala yönəldilməsi, tullantı kütləsinin yandırılması ilə elektrik enerjisinin əldə olunması prosesləri, Abşeron göllərinin kompleks bərpası layihəsi çərçivəsində həyata keçirilən tədbirləri əks etdirən informativ materiallarla, sosial layihələrlə tanış olublar.

Sərgidə 10 ölkədən 60 şirkətin nümayəndəsi iştirak edib.