“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib - Fotolar

“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib
Oxunma sayı: 868

“Təmiz Şəhər” ASC “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınmasını həyata keçirir.

“Qafqazinfo”nun məlumatına görə, koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq qəsəbədə yerləşdirilən 150-dən artıq tullantı meydançasında gündəlik dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur.

Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi nəqliyyat vasitələri ilə gündəlik təmizlənir və dezinfeksiya edilir. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi