“Təmiz Şəhər” əməkdaşları məktəblilərə ustad dərsi keçib - Fotolar

temiz-seher-emekdaslari-mekteblilere-ustad-dersi-kecib
Oxunma sayı: 667

“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Kaspi Təhsil Mərkəzində “Tullantıdan sənətə” ustad dərsi təşkil edib. Şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən “Təmiz Şəhər” ASC əməkdaşları məktəblilərə lazımsız əşyalardan müxtəlif fiqurlar düzəltməyi öyrədiblər.

“Qafqazinfo” xəbər verir ki, “Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən ustad dərslərinin məqsədi uşaqlarda təbiətin qorunması, tullantıların idarə olunması vərdişlərinin formalaşdırılması, tullantıların faydalı ola biləcəyinin aşılanmasıdır.