“Təmiz Şəhər”lə bağlı fərman imzalandı

temiz-seherle-bagli-ferman-imzalandi
Oxunma sayı: 3276

Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilib.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı işləri həyata keçirir:

1.1. Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;

1.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;

1.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.

Qeyd olunub ki, Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.