Təmizlik idarəsinin işçisi zibil yığan maşının altında qalıb öldü

temizlik-idaresinin-iscisi-zibil-yigan-masinin-altinda-qalib-oldu
Oxunma sayı: 4461

Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altında qalaraq ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Qazax şəhərinin Bakı küçəsində baş verib. 

Rayon Təmizlik İdarəsinin işçisi, 1966-cı il təvəllüdlü Əliyev Biləndər iş başında ehtiyatsızlıq nəticəsində zibil yığan avtomobilin altında qalıb. Ağır bədən xəsarəti alan B.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli