Təmkinin transfer qiyməti bəlli oldu - Tellur Mütəllimov+ 100 min manat

temkinin-transfer-qiymeti-belli-oldu
Oxunma sayı: 2553

Xəbər verdiyimiz kimi, “Qəbələ” Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadəni “Zirə”dən transfer edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əyalət təmsilçisi bunun üçün xərcə düşüb.

Hələ “Zirə” ilə 6 aylıq müqaviləsi olan futbolçu “qırmızı qaralar”a ucuz başa gəlməyib. “Qəbələ” bunun üçün qarşı tərəfə Tellur Mütəllimovu pulsuz verməklə yanaşı 100 min manat da ödəyib.