Temperatur 39°-yə yüksəlib

temperatur-39-ye-yukselib
Oxunma sayı: 1820

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.