Temperatur 41°-dək yüksələcək - Daha bir xəbərdarlıq

temperatur-41-dek-yukselecek
Oxunma sayı: 9063

İyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.