Temperatur iqlim normasından 5.3° isti olub

temperatur-iqlim-normasindan-53-isti-olub
Oxunma sayı: 1245

Ötən sutka ərzində havanın temperaturu iqlim normasından 5.3° yuxarı olub.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23°-dək isti, Naxçıvanda 23-27° isti, dağlıq rayonlarda 16-20° isti, aran rayonlarında 24-28° isti olub.

Bildirilib ki, aprelin 27-29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub küləyi üstünlük təşkil edəcək”, - rəsmi məlumatda bildirilib.