Temperatur iqlim normasından yüksək olub - Faktiki hava

temperatur-iqlim-normasindan-yuksek-olub
Oxunma sayı: 3051

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.