Mübarizəyə Azərbaycanın 4 tennisçisi də qoşulub.
***
“Qafqazinfo”nun məlumatına görə, təmsilçilərimiz ilk oyunlarında uduzaraq, çıxışlarını başa vurublar. Bununla da tennisçilərimiz üçün Avropa Oyunları başa çatıb.
Qadınların yarışında çıxış edən hər iki təmsilçimiz 0:4 hesabı ilə məğlub olub. Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşla qarşılaşıb. Tennisçimiz 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Məryəm İmanova ispaniyalı Qalla Dvorak qarşısında aciz qalıb – 0:4 (5:11, 9:11, 10:12, 4:11).
Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov polşalı Jenqyi Vanqla görüşdə eyni taleyi yaşayıb - 0:4 (6:11, 5:11, 9:11, 5:11) Fərdi yarışlarda sonuncu təmsilçimiz Fərhad İsmayılov ilk oyununda italiyalı Matey Boboçika ilə dueldən məğlub ayrılıb – 0:4 (5:11, 5:11, 8:11, 9:11).
Qeyd edək ki, komanda yarışlarında da təmsilçilərimiz ilk oyunda məğlub olub. İyunun 13-də qadınlarımız Fransa, kişi komandamız Polşa ilə görüşdə 0:3 hesabı ilə mübarizəni dayandırıb.
Son xəbərlər
Son Xəbərlər