Təmsilçimiz “Eurovision”un birinci yarımfinalında çıxış edəcək

temsilcimiz-eurovisionun-birinci-yarimfinalinda-cixis-edecek
Oxunma sayı: 1463

İsveçdə “Eurovision-2016” mahnı yarışmasının püşkatma mərasimi keçirilib.

"Qafqazinfo" AzərTac-a  istinadən xəbər verir ki, yarımfinalda iştirak edəcək ölkələrin adları məlum olub. Belə ki, birinci yarımfinalda Azərbaycan, Rusiya, Ermənistan, ikinci yarımfinalda isə Gürcüstan, Belarus, Polşa və digər ölkələrin təmsilçiləri çıxış edəcək.

Qeyd edək ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən təmsil olunur. 2011-ci ildə Azərbaycanı müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.