Təndiri yandırmaq istədi, partlayış oldu - Yaralanan var

tendiri-yandirmaq-istedi-partlayis-oldu
Oxunma sayı: 3892

Gəncədə qaz sızması partlayışa səbəb olub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü qəsəbə sakini Kəmalə Fətəliyeva təndirdə qazı yandırmaq istəyərkən partlayış olub. O, yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyəti kafi qiymətləndirilir. 

Elmar Əli