Tənha yaşayan qadın yanaraq ölüb

tenha-yasayan-qadin-yanaraq-olub
Oxunma sayı: 1493

Gəncə şəhərində 70 yaşlı qadın faciəvi şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini 1951-ci il təvəllüdlü Mayisə Hacıyeva evində baş verən yanğında həlak olub.

O, fiziki qüsurlu və məhdud fəaliyyət qabiliyyətli olduğu üçün yataq xəstəsi olub. Evində tənha yaşayan 70 yaşlı qadının qaldığı otaqda qazla işləyən sobada yanğın başlayıb.

Yanğını görsə də, yerindən tərpənə bilməyən M.Hacıyeva tam yanıb və nəticədə hadisə yerində ölüb.

Murad Əhməd