“Tənqid etsinlər, amma söyməsinlər”

tenqid-etsinler-amma-soymesinler
Oxunma sayı: 704

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matçdan sonra mətbuat konfransı keçirib. "Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, o, ilk öncə oyun haqda fikirlərini bildirib.
 
- Belə meydançada oynamaq çətindi. Təəssüf ki, müdafiədə səhvlər oldu və qollar vuruldu. Meydan amili hər iki komanda üçün eyni idi. Kim qol vursa, o da qələbə qazanacaqdı. 1-ciyə baxmalıyam, amma 2-ci penalti təmiz idi.
 
- Kəskin heyət dəyişməsinin səbəbi nədir?

- Zədəllər çox idi. Bəhanə axtarmıram. Navalovski iynəylə oynadı, Ruslan Aabışov da zədəlidi. Petrovda, Dreksada problemlər var, hazır deyillər. Bir heyətlə ardıcıl 3 oyun oynaya bilmirik.
 
- Komandanı 7-ci pillədə təhvil almışdız, yenidən həmin mövqeyə qayıtdız. Bundan sonrakı hədəf nədir?

- Yenə irəliləmək. Qarşıda oyunlar var, daha yüksək pilləyə qalxmağa çalışacağıq.
 
- Rəqib qələbəyə layiq idi?

- Udublarsa, deməli, layiq idilər.
 
- Zədəlilər, meydan amili və s. Özünüzdə nə günah var?

- Özümdə o vaxt səhv görərdim ki, meydan yaxşı, heyət optimal olsun. Sözüm bəhanə kimi çıxmasın. Demirəm ki, günahım yoxdu. Var, özüm bilirəm. Məsuliyyəti boynumdan atmıram, ondan qaçmıram. Səhvləri düzəltməyə çalışacam.
 
- Zədəlilərininzin çox olmasının səbəbi nədir?

- Qrafik. Heyətimiz geniş deyil. Bir ara 10 günə 3-4 oyun keçirdk, problemlər ortaya çıxdı. Heyətdə 28-30 futbolçu olmalıdı.
 
- "Forza Neftçi"ni tribunada görəndə təəccüblənmədiz?

- O mövzunu açmaq istəmirəm. Onlarla yeganə problem odur ki, təhqir edirlər. Tənqid etsinlər, istefamı istəsinlər, amma söyməsinlər.