Teoman satdı, Kənan aldı - Foto

teoman-satdi-kenan-aldi
Oxunma sayı: 3158

Türkiyəli müğənni Teoman 30 ildir istifadə etdiyi gitarasını satıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, satış “Cash on the Table” adlı hərracda həyata keçirilib.

Gitara 466 min lirəyə (24 min manat) məşhur müğənni Kənan Doğulu tərəfindən alınıb. 

Qeyd edək ki, bu satışdan əldə olunan pul Uşaqların Müdafiəsi Agentliyinə bağışlanacaq.