Teplovozdan yanacaq oğurlayanlar saxlanılıb

teplovozdan-yanacaq-ogurlayanlar-saxlanilib
Oxunma sayı: 1307

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, saxlanılan şəxslər martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərib.

Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin maşinist və köməkçisi olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.