Təqaüd alan peşə məktəbi tələbələrinin nəzərinə

teqaud-alan-pese-mektebi-telebelerinin-nezerine
Oxunma sayı: 1390

Cari tədris ilindən peşə təhsili müəssisələrində təqaüdlər tələbələrin müvəffəqiyyətlərinə görə yeni qaydada ödəniləcək.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə görə, 2021/2022-ci tədris ilindən peşə təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulu sayının 1880 nəfər artırılması və həmin müəssisələrdə təqaüdlərin tələbələrin müvəffəqiyyət göstəricilərindən asılı olaraq yeni qaydada ödənilməsi nəzərdə tutulur.

Günel Türksoy