SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib.
Proqrama müraciət etmək istəyən tələbələr fevralın 23-dək (www.socar.az/tehsil) veb-səhifəsindən müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Son xəbərlər
Son Xəbərlər