Təqaüd kartlarından internetlə pul oğurladılar

Təqaüd kartlarından internetlə pul oğurladılar
Oxunma sayı: 1088

Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polisə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi