“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən Böyükağa Kərimlinin anket məlumatları dəqiqləşdirilib.
Hakim Z.Ağayev qeyd edib ki, B.Kərimli bu ilin mayın 19-da həbs edilib. Təqsirləndirilən şəxs həbs qərarı ilə razı olduğunu və məhkəmənin başlaması haqda etirazı olmadığını bildirib.
Növbəti məhkəmə iclası iyunun 8-ə təyin edilib.
Qeyd edək ki, yol qəzası Qaradağ rayonu ərazisində baş verib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər