Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb

teqsirlendirilen-sexslerin-xaricdeki-emlaklarinin-musadiresine-baslanilib
Oxunma sayı: 4321

Bu gün Baş Prokurorluqda keçirilən kollegiyada Baş prokuror Kamran Əliyev çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, K.Əliyev ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlər haqda məlumat verib.

O bildirib ki, təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib: “Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılmışdır”.