Ter-Petrosyan koronavirusa yoluxdu

ter-petrosyan-koronavirusa-yoluxdu
Oxunma sayı: 1656

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan koronavirusa yoluxub.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Petrosyanın COVİD testi pozitiv çıxıb. Eks-prezidentin ofisinin mətbuat katibi Armen Musinyan bildirib ki, o, özünü yaxşı hiss edir və evdə həkimlərin nəzarəti altında müalicə alır.

Qeyd edək ki, Ermənistanda 205 128 yoluxma faktı, 3794 ölüm halı qeydə alınıb.