Aprelin 21-də Şri-Lankanın paytaxtı Kolomboda baş vermiş 8 güclü partlayış nəticəsində ölənlərin sayı 321 nəfərə yüksəlib.
“Qafqazinfo”nun “The Wasington Post” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 521 nəfər xəsarət alıb.
Ölən və yaralanan şəxslər arasında 35 dövlətin vətəndaşları var.
23 aprel ölkədə matəm günü elan olunub.
Xatırladaq ki, terror aktı paytaxt Kolomboda yerləşən bahalı otel və kilsələrdə, eləcə də Neqombo və Battikaloa şəhərlərindəki mehmanxanalarda törədilib.
Faktla bağlı 40 nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər