Aprelin 21-də Şri-Lankanın paytaxtı Kolomboda baş vermiş 8 güclü partlayış nəticəsində ölənlərin sayı 359 nəfərə yüksəlib.
“Qafqazinfo”nun “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan 521 nəfərin sayında dünəndən bugünə artım olmayıb.
Ölən və yaralanan şəxslər arasında 35 dövlətin vətəndaşları var.
Faktla bağlı artıq 58 nəfər saxlanılıb.
Xatırladaq ki, terror aktı paytaxt Kolomboda yerləşən bahalı otel və kilsələrdə, eləcə də Neqombo və Battikaloa şəhərlərindəki mehmanxanalarda törədilib. Terakta məsuliyyəti “İŞİD” və “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmaları öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər