Təranə gənc müğənninin prodüseri oldu

terane-genc-mugenninin-produseri-oldu
Oxunma sayı: 1714


“Qafqazinfo”ya açıqlama verən prodüser bildirib ki, artıq gənc müğənni Boris Bayramovla çalışacaq:

“Bilirsiniz ki, prodüserliyə fasilə verib, aparıcılıq edirdim.  Artıq prodüser kimi çalışmağın vaxtı çatıb. Çox işbirliyi təklifi gəldi, seçimim Boris oldu.  Vaxtım məhduddur.  Gərgin iş qrafikimin  içərisində ayıracağım vaxta dəyər verən biri ilə çalışmalıyam. Boris gənc və istedadlı ifaçıdır.  Təklif Borisin  mahnılarının müəllifi və yaxın dostu  Tərlan Məmmədhüseynov tərəfindən gəldi.  Tərlan mənim də dəyər verdiyim musiqiçidir. Üçlükdə gözəl işlər görəcəyimizə inanıram”. 

Qeyd edək ki, Səmədova sonuncu dəfə müğənni Zarina Məmmədova ilə çalışmışdı. 

Könül