Təranə keçmiş sevgilisi haqda - “...Toyunu özüm edəcəm”

terane-kecmis-sevgilisi-haqda
Oxunma sayı: 1975

Tanınmış prodüser Təranə Səmədova keçmiş sevgilisi Fərid Azayev barədə instaqramda paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Səmədova həbsxanada olan eks-polis əməkdaşı olan sevgilisini peşə bayramı münasibət ilə təbrik edib, onunla birgə çəkilən fotosunu paylaşıb:

“Polis işçilərinin peşə bayramıdır... Eyni zamanda da hazırda həbsdə olsa da, mənim xatirəmdə hər zaman polis kimi qalacaq Fərid Azayevin ad günüdür. Həmişə iki bayramı bir arada qeyd edərdik. Elə düşünürdüm ki, bayramla doğum gününün bir arada olması onun taleyinə elə-belə yazılmayıb.

Amma sən saydığını say, gör fələk nə sayır. Sənə bu doğum günündə tək bir arzum, Allah tez bir zamanda bağlı qapını açsın. Əslində çox yaxşı bir insansan, bunu mənim qədər hər kəs dərk edə bilməz. Qalan arzularımı isə sən azadlıqda olanda deyəcəm. Yadındadırsa sənə söz vermişdim ki, toyunu özüm edəcəm. O sözüm hələ də qüvvədədir”.