Müğənni Təranə Qumral instaqramda qalmaqallı bir addım atıb. “Qafqazinfo” xəbər verir ki, o,küsülü həmkarı, əməkdar artist Könül Kərimovanın arxiv görüntülərini paylaşıb.
Təranə Kərimova ilə 1996-cı ildə toyda olduğunu qeyd edib. T. Qumralın bu paylaşımı da müzakirəsiz ötüşməyib. Onun məqsədli bir şəkildə Kərimovanın arxiv fotosunu paylaşdığı iddia edilib.
Xatırladaq ki, Könüllə Təranə uzun illərdir küsülüdürlər. Buna səbəb əməkdar artistin duet ortağı Cabbar Musayevlə qardaşı, Təranənin həyat yoldaşı Musa Musayevlə danışmamasıdır.
T. Qumral hətta, efirlərdə bir neçə dəfə həmkarına söz atıb, iki tanınmış arasında gərginlik daha da artıb.


Son xəbərlər
Son Xəbərlər