“Məktəbəqədər təhsil müəssilərinə 4 539 tərbiyəçi test imtahanı verib və onlardan 332 nəfər uğur qazanıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, bu müəssisələrdə tərbiyəçi vəzifəsi üzrə vakant yerlərin sayı isə 123-dür.
Nazir əlavə edib ki, aprel ayından etibarən məktəbəqədər təhsil müəsissələri Elm və Təhsil Nazirliyinin balansına verilib və ilk dəfə olaraq bu müəssisələrə qəbul elektron qaydada aparılır.
Gülnar Əliyeva