Tereza Mey “Brexit”ə görə xahiş etdi

tereza-mey-brexite-gore-xahis-etdi
Oxunma sayı: 725

Böyük Britaniya baş naziri Tereza Mey Avropa İttifaqından “Brexit”i 30 iyuna təxirə salmağı xahiş edib.

“Qafqazinfo”nun “Bloomberq” nəşrinə istinadən məlumatına görə, o, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuska müvafiq xahiş üzrə məktub göndərib.

Baş nazir məktubda bir daha bəyan edib ki, “Brexit”in ən yaxşı variantı Avropa İttifaqından razılaşma ilə çıxmaqdır: 

“Bu çıxılmaz vəziyyət daha davam edə bilməz. Buna görə də hökumət olaraq parlamentlə ortaq qərara gəlmək üçün zaman istəyirik”.